- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer Liqaya hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi Yovan Krneta bu komandanın şərəfini qoruyacaq.
Onunla bir illik müqaviləyə imza atılıb. Yovan artıq Ərzurumdadır və komandanın düşərgəsinə qoşulub.
Krneta Serbiyanın “Partizan” klubunun yetirməsidir. Yeniyetmə yaşlarından “Partizan”ın əsas komandasına cəlb olunsa da, oynamaq şansı qazanmayıb. Belədə Yovan 2011-ci ilin yanvar ayında “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda” ilə müqavilə bağlayıb. Əvvəlcə klub rəhbərliyi onu oyun təcrübəsi qaznmaq üçün icarəyə verib. 2012-ci ildə isə millimizin hazırki baş bəşqçisi Robert Prosineçki “Srvena Zvezda”da çalışarkən müdafiəçini komandaya qaytarıb. Ötən il “Radniçki” ilə anlaşan 23 yaşlı Krneta bu ilin əvvəlində Ukraynanın “Çernomorets” klubuna keçib. Komandasının müdafiə xəttinin liderlərindən olan Yovan müqaviləsi başa çatdığı üçün yayda Ukraynadan ayrılıb.
“Zirə”nin yeni futbolçusu həmçinin, 19 yaşa qədər futbolçulardan ibarət Serbiya yığmasında da çıxış edib və Avropa çempionatında forma geyinib.