“Zirə” gürcülərə məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” 2-ci yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az xəbər verir ki, “qartallar” Gürcüstanın ən köklü klublarından olan, güclülər dəstəsinin iştirakçısı “Kolxeti” ilə üz-üzə gəliblər.

Baş məşqçi Adil Şükürov start heyətində Elməddin Məmmədov, Ruslan Cəfərov, Adil Nağıyev, Sadiq Quliyev, Ruslan Poladov, Luis Alberto “Tato”, Tərzin Cahangirov, Təmkin Xəlilzadə, Rəşad Abdullayev, Viktor İqbekoyi və Nicat Qurbanovu meydana buraxıb. İlk yarı bütünlüklə komandamızın üstünlüyü ilə keçib. Rəqibin qapıya doğru bir zərbə belə endirmədiyi birinci hissədə “Zirə” üç dəfə qola çox yaxın olub. İki epizodda isə qapı tiri Gürcüstan təmsilçisini qoldan xilas edib. Fasiləyə qədər Adil Nağıyev yerini Hacı Əhmədova verib. 2-ci hissədə isə baş məşqçi Adil Şükürov gəncləri meydana buraxıb. Bundan sonar “Kolxeti” üztünlüyü ələ alıb və oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan