FOTO
“Zirə” gürülərlə sülh bağladı

Premyer Liqaya hazırlığı Türkiyədə davam etdirən “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az xəbər verir ki, “qartallar”ın Ərzurum toplanışındakı ilk rəqibi Gürcüstan təmsilçisi “Şukura” olub.

Baş məşqçi Adil Şükürov bu oyunda əsasən komandanın taktiki-texniki cəhətdən necə vəziyyətdə olmasını və ümumi anlaşmanı nəzərdən keçirib. “Zirə” oyuna Kamal Bayramov, Adil Nağiyev, Sadiq Quliyev, Ruslan Poladov, Təmkin Xəlilzadə, Hacı Əhmədov, Tərzin Cahangirov, Luiz Alberto “Tato”, Rəşad Abdullayev, Nicat Qurbanov və Viktor İqbekoyidən ibarət “11-lik”lə çıxıb.

Oyunun 2-ci hissəsində isə baş məşqçi əsasən gənclərə şans verib. “Zirə” – “Şukura” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Zirə” növbəti yoxlama oyununu iyulun 25-də keçirəcək və Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan