- Baxış sayı: 36
- 25 Mart 2026 20:26
- Baxış sayı: 158
- Mart 25, 2026
- 0

Konfrans liqasının II təsnifat mərhələsində “Hayduk”a uduzan “Zirə” mübarizəni dayandırıb.
Allsport.az xəbər verir ki, Splitdəki “Polyud” stadionunda təşkil olunan qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Matçda hesabı ev sahibləri açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Oyunun 90+3-cü dəqiqəsində İssa Cibrilla hesabı bərabərləşdirib – 1:1.
Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki uzatma hissə oynanılıb.
“Hayduk”un heyətində 93-cü dəqiqədə cərimə zərbəsindən fərqlənən Yassin Benrahu komandasa qələbə qazandırıb.