- Baxış sayı: 20
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 77
- Dekabr 05, 2025
- 0

“Zirə”nin yay hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, “qartallar” iyunun 14-də çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyulda qonşu ölkədə olacaq kollektiv bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyulda( iki oyun) baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.