- Baxış sayı: 37
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

“Zirə” ötən gündən etibarən Türkiyənin Ərzurum şəhərində hazırlığa start verib. Allsport.az xəbər verir ki, komanda səhər məşqində tam heyətlə iştirak edib.
Hazırlığın ilk mərhələsində yalnız fərdi qaydada məşq edən Tellur Mütəllimov da kollektiv məşqlərə qatılıb. “Qartallar” Türkiyədəki təlim məşq-toplanışı çərçivəsində gündə iki dəfə məşq edəcək.
Xatırladaq ki, iyulun 30-da vətənə dönəcək “Zirə” bu müddətdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk qarşılaşma iyulun 19-da keçiriləcək.