- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirə” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub. Allsport.az xəbər verir ki, sözügedən komanda son yoxlama oyununda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşıb.
Ötən mövsümü 6-cı sırada başa vuran rəqiblə oyuna start heyətində Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Ruslan Poladov, Sadiq Quliyev, Tərzin Cahangirov, Luis Alberto Tato, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Nicat Qurbanov və Rihairo Muelnes çıxıblar. Zədə üzündən Rəşad Abdullayev, Aleksandr Şemonayev və Kamal Bayramov bu qarşılaşmada forma geyinməyib.
Oyunun əvvəllərindən “qartallar” daha üstün görünsələr də, qol gürcülərdən gəlib. Hesabda geri düşən “Zirə” yarım saatın tamamında daha bir dəfə mərkəzə dəvət olunub. Bu dəfə rəqib penaltini dəqiq yerinə yetirib – 0:2. Hissənin sonları tamamilə “qartallar”ın üstünlüyü şəraitində keçib. Fasiələyə qədər hesab arasındakı fərqi minimuma endirmək də mümkün olub. Daha əvvəl Tatonun yerinə yetirdiyi cərimə zərbəsi zamanı qola imkan verməyən gürcü qapıçı bu dəfə baxımlı qola mane ola bilməyib – 1:2. Qarşılaşmanın 2-ci hissəsinə çox yaxşı başlayan “Zirə” ardıcıl bir neçə epizodda qol imkanını əldən verib. Tato isə dubla imza atmaq üçün yaxşı şansa malik olub. Ancaq ispaniyalı futbolçunun yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edə bilib. Ardından baş məşqçi Adil Şükürov aparıcı oyunçuları meydandan çıxararaq gəncləri mübarizəyə qoşub. Ərazi üstünlüyü və topa daha çox sahib olan tərəf “Zirə” olsa da, təcrübəsizlik öz sözünü deyib.
İkinci hissədə çərçivə istiqamətində yalnız bir zərbə endirən rəqib elə həmin vuruşla fərqi artırıb. Oyun “Samtredia”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.