- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

“Zirə” Premyer Liqaya hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, mövsümün startı öncəsi komandaya yeni məşqçi cəlb olunub.
Baş məşqçi Adil Şükürovun köməkçilərindən biri də Elnur Codarov olacaq. Codarovla bir illik müqavilə bağlanıb.
Xatırladaq ki, buna qədər baş məqçinin iki köməkçisi var idi: məşqçi Ayxan Abbasovla qapıçılarla işləyən məşqçi Anar Niftəliyev.