“Zirə”nin Ərzurumdakı son günü

“Zirə” Premer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyənin Ərzurum şəhərində keçirir. Allsport.az xəbər verir ki, bu gün artıq komandanın qardaş ölkədəki təlim-məşq toplanışının son günüdür.

Zirəlilər qardaş ölkədə əsasən gündə iki dəfə olmaqla ümumi dözümlülük, sürət və taktiki-texniki çalışmalar üzərində işləyib. Bu gün səhər isə “qartallar” Ərzurumda son məşqə çıxıblar. Bu dəfə də baş məşqçi Adil Şükürov yoxlama oyunundan əvvəl taktika və texnikaya xüsusi önəm verib.

“Zirə” Ərzurum toplanışının son günündə yoxlama görüşündə qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyunda rəqib Gürcüstanın “Samtredia” klubu olacaq. “Samtredia” son mövsüm güclülər dəstəsində 6-cı yeri tutub.

Həmin kateqoriyadan