- Baxış sayı: 27
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzi premyer liqanın 32-ci turu çərçivəsində “Nyukasl”la oyunda (1:4) zədələnib.
Allsport.az xəbər verir ki, matçın 55-ci dəqiqəsində 23 yaşlı futbolçu budundan tutaraq oyunu davam etdirə bilməyib. Onu Rasmus Hoylund əvəz edib.
“Düşünürəm ki, Coş bir neçə oyunu buraxacaq”, – “Mançester Yunayted”in baş məşqçi Ruben Amorim bildirib.
Zirkzi bu mövsüm bütün turnirlərdə 48 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.