- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Əbu Dabidə formula1 dünya çempionatının sonuncu, 20-ci mərhələsi başa çatdı. Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə gözlənilməzlik olmadı, öncül sürücülər öz aralarında fəxrü kürsüdə yerləri bölüşdürdülər. Əsas ötüşməyə qədər “Mersedes”in pilotları Valtteri Bottas ilə Lüis Həmilton, “Ferrari” komandasının üzvü Sebastyan Fettel finişi ilk sırada tamamladılar. Sonrakı gedişat göstərdi ki, kuboklar müvafiq olaraq, elə bu idmançıların olacaq.
Ümümən, finlandiyalı pilot cari mövsümdə 6-cı qələbəsini bayram etdi. O, 305 xal topladı və bu dünya çempionatını 3-cü sırada bitirdi. Qran-prinin qalibi Lüis Həmilton hesabına 363 əlavə etdi. Almaniyalı sürücü cəmdə 317 xalla gümüş mükafatçı oldu. Bu rəqabətdə yüngül təkərlərin heyəti belə oldu: “UltraSoft”, “SuрerSoft” və “Soft”.
“Mühəndislər kuboku”nda da nəticə öncədən bəlli idi – müfafiq olaraq, “Mersedes” (668), “Ferrari” (522) və “Red Bull” (368) komandaları qərarlaşdılar.
Kamran HACI, Əbu Dabi