- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, premyer liqanın 19-cu turunda “Qəbələ” ilə səfər oyunu barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, qolsuz bitən matçda danışılacaq çox şeyin olmadığını deyib:
“Qəribə oyun alındı. Bir sutkadır ki, oyun bitmirdi. Hava şəraitinə görə oyun 65-ci dəqiqədə dayandırıldı. Belə məqamlarda komandanı konsentrasiyada saxlamaq çətindi. Hər iki komandanın futbolçularını təbrik edirəm.
Açığı, ürəyimdən də keçən o idi ki, matç bərabərliklə bitsin. Futbolçuların əziyyətinə adamın heyfi gəlir, kiminsə məğlub olmasını istəmirdim. Hava şəraiti çox ağır idi.
Bu gün hər 2 komanda zəhmət çəkdi, hər 2 komandanı təbrik edirəm. Oyun haqda çox danışılacaq bir şey yoxdur. İstər dünən, istər bu gün komandandaların qol epizodları oldu. Ədalətli nəticə heç-heçə idi”.