- Baxış sayı: 11
- 28 Noyabr 2024 10:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına müsahibə verib.
Allsport.az xəbər verir ki, o, premyer liqanın 13-cü turunda səfərdə qarşılaşacaqları “Keşlə” ilə oyun barədə fikirlərini açıqlayıb.
– Sonuncu dəfə premyer liqanın 8-ci turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanmısınız. Sizcə, növbəti oyunda məğlubiyyət seriyası qırılacaq?
– Növbəti oyunda uğursuz seriyaya son qoymağa çalışacağıq. “Keşlə” xal baxımından bizə yaxın olan rəqibdir. Bu oyunda xal qazanmalıyıq. Əks təqdirdə, digər komandalarla aramızdakı xal fərqi çoxalacaq. Maksimumu etməyə çalışacağıq.
– “Keşlə” ilə oyundan gözləntiləriniz nələrdir?
– Sabahkı oyun barədə ancaq qələbə haqda fikirləşirik. İddialı komandaya qarşı oynayacağımızı bilsək də, 3 xalı qazanmalıyıq. Baxmayaraq ki, səfərdə oynayacağıq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– “Səbail”in əsas üzvlərindən birisən. Müşahidələrinə əsasən, komandada oyunöncəsi əhval-ruhiyyə necədir?
– Çətinliklərimizin və başqa klublara baxanda geridə olmağımızın fərqindəyik. Buna baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq, gənc futbolçular və legionerlər də komandanın ümumi ab-havasına uyğunlaşıblar. Burada baş məşqçi amilinin də xüsusi rolu var. Çalışırıq hər şey yaxşı olsun və bunu növbəti oyunumuzda da əks etdirə bilək.
– Peşəkar futbolçu kimi hazırda “Səbail”in heyətindəki gənc futbolçulardan kimi daha perspektivli görürsünüz?
– Hazırda heyətimizdə gənc futbolçular çoxdur. Hamısı da bir-birindən istedadlıdır. Mən xüsusilə, Elmir Tağıyevı vurğulamaq istəyirəm. Gələcəkdə uğurlu olacağına inanıram.