- Baxış sayı: 33
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Qəbələ” ilə premyer liqanın 19-cu turunun oyunundan sonra (2:2) açıqlama verib. Allsport.az xəbər verir ki, o, nəticəni ədalətli hesab etdiyini deyib:
“Fasilədən sonra çempionatdakı ilk oyunun ağır keçəcəyini bilirdim. Dörd əsas futbolçumuz yox idi. Bu, bizim üçün problem idi. İkinci hissədə komandamız hesabı qorumağa çalışdı, amma tapşırıq tamam başqa idi. Səhvlərin hesabına öndə olduğumuz oyunu əldən verdik. Buna baxmayaraq, bir xal qazandıq. Nəticəni ədalətli hesab edirəm.
Qarşımıza 6-7-ci yerlər uğrunda mübarizə aparmağı məqsəd qoymuşuq. Birinci dövrədə daha çox xal qazana bilərik. Yeni komandadan çox şey tələb etmək olmur. Cavan oyunçularımız var. Komandada həyəcan olduğu hiss edilir. İndi də də bu problemi yaşadıq. Komanda daha əvvəlki oyunlarda vacib xallar itirməsəydi, başqa pillədə ola bilərdik”.