- Baxış sayı: 104
- 29 May 2026 23:47
- Baxış sayı: 119
- May 26, 2026
- 0

Fransa liqa 1-də 29-cu turun “Lans” – PSJ matçının vaxtı dəyişdirilib. Qərarla aprelin 11-nə planlaşdırılan oyun mayın 13-nə keçirilib.
Allsport.az xəbər verir ki, buna səbəb PSJ-nin çempionlar liqasının 1/4 finalında “Liverpul”a qarşı keçirəcəyi oyunlara (8 və 14 aprel) daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.
“Lans” rəhbərliyi rəsmi bəyanat yayaraq bu qərarla razılaşmadıqlarını bildirib: “LFP-nin yekdil qərarına etiraz edirik. İdman hədəflərimiz uğrunda mübarizəni davam etdirəcəyik”. Klub rəhbərliyi daha əvvəl PSJ-yə tarixin dəyişdirilməsinə qarşı olduqlarını bildirsə də, liqa rəhbərliyi Paris təmsilçisinin avrokubok maraqlarını üstün tutub.