- Baxış sayı: 40
- 26 İyul 2026 23:56
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

“FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov da iştirak edib.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi nəticənin vacibliyini qeyd edib: “2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.