- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

Premyer liqanın XIX turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Qəbələ” ilə Gəncədəki 2:2 hesablı heç-heçə 52 yaşlı mütəxəssisin ölkə çempionatında 50-ci bərabərliyi olub.
O, baş məşqçi kimi 4 klubda çalışıb. Onun rəhbərliyi altında 2014 – 2017-ci illərdə AzAL 31, 2017/18 mövsümündə “Neftçi” 3 heç-heçə edib. 2018-2020-ci illərdə “Şamaxı”da 9 bərabərliyə şahid olan mütəxəssis cari mövsüm “Kəpəz”də 7-ci heç-heçəni izləyib.
Tərlan Əhmədov Azərbaycan çempionatları tarixində 50 və daha çox qarşılaşmada komandası bir xal qazanan 8-ci baş məşqçidir. Ən çox sülh Qurban Qurbanovun hesabındadır. Onun komandaları 111 dəfə meydandan bir xalla ayrılıb.