“Əks-hücumda yaxalanmaqdan ehtiyatlandıq”

“Biz də hamı kimi çempionat üçün darıxmışdıq, bu gün vacib qələbə qazandıq. Oyundan əvvəl gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər”. 

Allsport.az saytı xəbər verir ki, bu sözü mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. O, premyer liqanın 15-ci turunda səfərdə “Keşlə”yə 1:0 qalib gəldikləri görüşdən razılıq ifadə edib:

“Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. “Keşlə”ni gücdən salaraq hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdi. Əks-hücumda yaxalanmaqdan ehtiyatlandıq”.

Həmin kateqoriyadan