- Baxış sayı: 38
- 15 Dekabr 2025 23:17
- Baxış sayı: 144
- Dekabr 15, 2025
- 0

Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov “Bursaspor”un heyətində Türkiyə I liqasında növbəti qolunu vurub.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi XV turun “Dənizlispor”la səfər oyununda fərqlənib. Meydana start heyətində çıxan Ələsgərov 40-cı dəqiqədə baxımlı qola imza atıb. O, 88-ci dəqiqədə əvəzlənib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:1.
Bu nəticədən sonra xalını 17-yə çatdıran “Bursaspor” 13-cü pilləyə yüksəlib. “Dənizlispor” isə 15 xalla 16-cıdır.