- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 508
- Mart 30, 2026
- 0
“Kəpəz” qış hazırlıq dövründə ilk transferini həyata keçirib. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovla güclənib.
22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2” komandasının şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanacaq.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılıb Bakı təmsilçisinə keçmişdi. O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib.