“Əlimizdən gələni etdik”

Bu gün “Neftçi” premyer liqanın 25-ci turunda evdə “Qarabağ”a 1:4 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Miodraq Bojoviç məğlubiyyətə aydınlıq gətirdi:

“İlk yarını yaxşı, keyfiyyətli keçirdik. İkinci yarıda iki böyük səhv ucbatından iki qol buraxdıq. Bu cür səhvləri “Qarabağ”a qarşı edəndə, onlar səni cəzalandıracaq.

Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma bu hesab ədalətli deyil. Əlimizdən gələni etdik”. 

Həmin kateqoriyadan