- Baxış sayı: 88
- 09 Oktyabr 2024 11:48
- Baxış sayı: 155
- Noyabr 25, 2024
- 0
Almaniyada 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, həlledici oyunda Fransa və İtaliya yığmaları qarşılaşıblar.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun 4:0 hesabı ilə adı ilk çəkilən komandanın xeyrinə başa çatıb. O, bu görüşdə 7 sarı vərəqə göstərib. Bunlardan ikisi fransızlara, beşi isə italiyalı futbolçulara göstərilib.
Qeyd edək ki, həmyerlimiz bu yarışda öncə İtaliya – Avstriya (1:1) və İngiltərə – Xorvatiya (2:1) görüşlərinin də baş hakimi olmuşdu.