- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çempionlar liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) matçına təyinat olub.
Allsport.az saytı xəbər verir ki, ona Zeynal Zeynalov və Rza Məmmədov yardım edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Həmin görüş iyulun 18-də və ya 19-da keçiriləcək.