- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında daha bir qrup matçını idarə edib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz “H” qrupunda Türkiyədə yerli “Konyaspor”la Portuqaliyanın “Braqa” klubunun oyununda baş hakim olub.
Ona bu görüşdə yan xətt referiləri Zeynal Zeynalov və Rza Məmmədov, qapı arxasında Rəhim Həsənovla Orxan Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirib.
Oyuna gəlincə, türklər 9-cu dəqiqədə hesabı açsalar da, 55-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar. Nəticədə, matç 1:1 hesabıyla bitib. Əliyar meydan sahiblərinin 2, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib.