- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

FİFA referimiz Əliyar Ağayev Avropa liqasında “Vitoriya” (Portuqaliya) – “Zalsburq” (Avstriya) oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, “İ” qrupu çərçivəsində Gimaraynş şəhərində baş tutan qarşılaşmada tərəflər hərəyə 1 qol vurub, 1 xal qazanıblar.
Matç sakit məcrada keçib və həmyelimiz yalnız biq dəfə əlini cibinə salıb. O, 90-cı dəqiqədə qonaq futbolçusu Lyaytqebə sarı vərəqə göstərib.
Oyunun yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, qapı yanında Rəhim Həsənovla Orxan Məmmədov olublar. Altıncı hakim funksiyasını Mübariz Həşimov yerinə yetirib.