- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

FİFA referisi Əliyar Ağayev, Avropa liqasının qrup mərhələsində “Şturm” (Qrats, Avstriya) – “Midtülland” (Danimarka) matçını (1:0) idarə edib.
Allsport.az saytı xəbər verir ki, gərgin keçən qarşılaşmada həmyerlimiz meydan sahiblərinin 6 futbolçusuna sarı vərəqə göstərib və komandanın 1 oyunçusunu meydandan qovub. Qarşı tərəfdən isə 1 futbolçusu sarı vərəqə ilə cəzalandırlıb.
Azərbaycanlı referi görüşün 42-ci dəqiqəsində “Midtülland”ın qapısına penalti təyin edib. Lakin qapıçı Conas Losst Tomi Horvartın zərbəsini dəf edib.
Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. 4-cü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.