- Baxış sayı: 10
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Əliyar Ağayev avroliqada növbəti oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, o, qrup mərhələsinin 3-cü turunda “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) görüşündə iş başında olub. Matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycanlı FİFA referisi oyunda hər 2 tərəfə 2 sarı vərəqə göstərib. Həmyerlimizə yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Qapının yanında Rəhim Həsənov və Orxan Məmmədov dayanıblar. 6-cı referi Mübariz Haşımov olub.