- Baxış sayı: 27
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Bəhreyn yarışından sonra “Ferrari”nin sürücüsü “Şarl Lekler, “Red Bul” komandasının onlardan üstün olduğunu etiraf edib. O, fikrini belə bölüşüb:
”Çıxışdan əvvəl özümü inamlı hiss edirdim? Bəli, hər dövrədə bir saniyədə liderdən geri qalan pilot kimi. Düzünü desəm, əminlik üçün heç bir səbəb yox idi.
Deyəsən, “Red Bul” yarış tempində sürəti artırmaq üçün əsas həll yolunu tapıb. Təsnifatda demək olar ki, sürətimiz bərabər idi. Ertəsi gün yarışda hər dövrə üçün olardan bir saniyə geri qalırıq və bu ciddi fərqdir. Biz həm sürət, həm də etibarlı bolidin təkmilləşmək üçün onun üzərində işləməliyik”.