“Əminliklə deyə bilərəm ki, Bakıda yarış tam fərqlidir”

“Maklaren“in sürücüsü Daniel Rikkardo, Bakı trasına qiymət verib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Formula-1 azarkeşlərinə yaxşı tanış olan avstraliyalı şəgər halqasını tərifləyib: “Mən buranı çox bəyənirəm. Şəhər trasları adətən çətin sessiyalar, yüksək və aşagı enmə qüvvəsinə malikdır.

Sürət burada daha yüksək olduğundan, təkərlərdə də təsərini göstərir. Əminliklə deyə bilərəm ki, Bakıda yarış tam fərqlidir. Trasın ətrafındakı döngələrində sürüşkənlik hiss olunduğundan, bolidlərdə sirkələnmə qaçılmazdır. Bu xususiyyətlər mübarizə aparmağı daha da çətinləşdirir.

Şəhər trasları ümümilikdə daha çətin olsada, lakin əyləncəlidilər. Daha çox qəzalar müşayiət olunur. Balansı qoruyub-saxlamaq və yaxşı nəticə qazanmaq üçün mübarizə aparırsan. Bu ən gözəl hisslərdən biridir. Şübhəsiz ki, şəhər trasları daha ektremaldılar“.

Aynur MEHDIYEVA

Həmin kateqoriyadan