- Baxış sayı: 26
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 45
- Noyabr 21, 2024
- 0
Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını hazırlayıb.
Allsport.az xəbər verir ki, 56 oyunçunun olduğu sıralamanın ilk pilləsində 50 qolla “Bavariya”nın futbolçudu Robert Levandovskidir. “Borussiya”dan (Dortmund) Erlinq Holann (41) ikinci, İspaniya “Barselona”sından Fransa PSJ-sinə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.
Siyahıda millimizin “Legiya”da çıxış edən üzvü Mahir Əmrəli də var. 24 yaşlı hücumçu bu ildə “Qarabağ” və “Legiya”nın heyətində 23 qola imza atıb. Əmrəli bu göstəriciyə görə 42 – 48-ci pilləri bölüşdürür.