Əmrəli komandasının lideridir

Milli komandamızın hücumçusu Mahir Əmrəli bu mövsüm komandası “Legiya”nın ən yaxşı futbolçusudur.

Allsport.az xəbər verir ki, Polşa mətbuatının açıqladığı statistikaya əsasən, 24 yaşlı futbolçumuz bütün turnirlər (ekstraklasa, çempionlar liqası, Avropa liqası, Polşa kuboku və Polşa superkuboku) üzrə komanda yoldaşlarını qabaqlamağı bacarıb.

Əmrəli Rafael Lopeslə birgə ən çox oyun keçirən (26) 2 futbolçudan 1-i, meydanda olma müddətinə görə isə (1609 dəqiqə) 1-cidir. O, bu görüşlərdə 11 qol vurub, 1 qolun ötürməsini edib. Beləliklə, “Legiya”nın 33 qolundan 11-ni futbolçumuz vurub ki, bu da ümumi qolların 3-də 1-i deməkdir. “Legiya”nın bombardirlər siyahısında olan 2-ci futbolçu Muçinin ehtiyatında isə 4 qol var. 

Həmin kateqoriyadan