- Baxış sayı: 28
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 45
- Noyabr 21, 2024
- 0
“Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli Polşa çempionatının XI turunda “Lex” (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək.
Allsport.az xəbər verir ki, buna 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxması səbəb olub.
Daha əvvəl AFFA Əmrəlinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.
Mahir Əmrəli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək “Legiya” – “Lex” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.