- Baxış sayı: 13
- 04 Fevral 2026 13:57
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli daha bir klubun maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, bu barədə Fransanın “MSV foot” səhifəsi tviterdə iddia irəli sürüb.
24 yaşlı hücumçunun Danimarka “Kopenhagen”inin diqqət mərkəzində olduğu bildirilib.
Daha əvvəl Almaniyanın “Herta Berlin”, “Hoffenhaym” və “Borussiya” (Mönxenqladbax), İtaliyanın “Fiorentina”, Fransanın “Lill”, Danimarkanın “Midtüllan” və Çexiyanın “Slaviya” (Praqa) komandalarının skautları Varşava təmsilçisinin Ekstraklasada “Lex” (Poznan) komandasına 0:1 hesabı ilə uduzduğu XII tur matçında Əmrəlini tribunadan izləyiblər.