- Baxış sayı: 127
- 20 Mart 2026 23:43
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Əmrəli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub.
Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Qurnik Lençna” komandasına 3:1 hesabı ilə qalib gəldikləri ekstraklasanın VIII tur matçında fərqlənib.
Fasilədən sonra Tomaş Pexartın yerinə meydana daxil olan forvard 79-cu dəqiqədə görüşdə son nöqtəni qolub. Bu, onun Polşa çempionatında ilk qolu olub.
Bu qələbədən sonra xallarını 9-a çatdıran “Legiya” 12-ci pillədə qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.