- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Millimizin futbolçusu Mahir Əmrəlinin şərəfini qoruduğu “Legiya” Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Allsport.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə aşağı liqa klubu “Suvalki” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn “Legiya” növbəti mərhələyə yüksəlib.
Mahir də bu görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Əmrəlinin Polşa kubokunda ilk qoludur.
22 sentyabr
“Suvalki” – “Legiya” – 1:3
Qollar: Miçalski, 40 (1:0), Kostors, 42 (1:1), Kastrati, 65 (1:2), Əmrəli, 80 (1:3)