- Baxış sayı: 8
- 28 Noyabr 2024 13:41
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Mahir Əmrəli niyə avrokuboklarda sevinir və liqada məyus olur? Bunu demək çətindir. Onun görüş ərzində qol epizodu var idi. 2-ci hissədə imkanından istifadə etsəydi, yəqin ki, bu sualı özümüzə verməzdik. Məsələ onun yaxşı və pis oynadığı oyunlar arasında seçim etməsində deyil. O, sadəcə, oyununu ortaya qoydu”.
Allsport.az xəbər verir ki, bu fikirləri “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Polşa ekstraklasasının XI turunda “Lex”ə 0:1 hesabı uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis görüşün fasiləsində 24 yaşlı hücumçu ilə söhbət etdiyini bildirib: “Fasilədə ondan aktiv olmasını, rəqibin müdafiəçilərinin sağında və solunda yaranan boşluqlardan yararlanmasını istədim. Mahir fasilədən sonra daha intensiv oynamağa başladı. 2-ci yarıda qol vursaydı, yəqin ki, indi fərqli tonda danışacaqdıq. O, qol vurmalıdır, biz Mahiri buna cavabdeh sayırıq . Əks halda, özü də çıxışından razı qala bilməz”.