- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin də çıxış etdiyi “Legiya” qış transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Allsport.az xəbər verir ki, onların arasında hücumçular Tomas Pekhart, Rafael Lopeş və yarımmüdafiəçi Andre Martinş var. Varşava təmsilçisinin Pekhartı göndərmək qərarına gəlməsinə səbəb isə onun oyun şansı üçün rəqabətdə Mahirə uduzmasıdır.
Tomas ötən mövsüm “Legiya”nın heyətində 22 qolla Polşa çempionatının bombardiri olub.
Mahir Əmrəli “Legiya”ya bu mövsümün əvvəlində “Qarabağ”dan keçib. Hazırda onun aktivində 10 qol var.