Əmrah Çəlikəl: Pley-offadək yeni transferlər mümkündür

“Çempionlar liqasının pley-off mərhələsində asan rəqib yoxdur. “Kopenhagen” də belə komandalardandır. Amma biz də zəif deyilik”. Allsport.az saytı xəbər verir ki, bunu report.az-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. O, hədəfin qrup mərhələsinə yüksəlmək olduğunu söylərib. Mütəxəssis bunun üçün var gücəlirini ortaua qoyacaqlarını vurğulayıb, məşqçilər heyətinin Danimarka çempionunun analizini apararaq, lazımi tədbirlər görəcəklərinə əminlik ifadə edib. Klub rəsmisinin sözünə görə, bu məqsədlə “Qarabağ”ın məşqçilərindən biri avqustun 6-da “Kopenhagen”in “Brondbü” ilə səfərdə keçirəcəyi Danimarka super liqası matçını izləməyə göndəriləcək.

Eyni zamanda, Əmrah bəy pley-offadək yeni transferlərin mümkünlüyünü istisna etməyib. “Qarabağ” rəsmisi hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib: “Həm əvvəllər gündəmimizdə olan, həm də yeni oyunçularla danışıqlar aparırıq. Alınsa, “pley-off”adək yeni transfer edə bilərik. O, hücumçu da ola bilər, ehtiyac duyulan digər mövqenin oyunçusu da”.

Direktor “Qarabağ”ın Azərbaycan premyer liqasının ilk turunda “Neftçi” ilə səfər matçını təxirə salmaq üçün PFL-ə müraciət etməyəcəklərini də əlavə edib.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı avqustun 11-də “Bakcell Arena”da keçiriləcək. Azərbaycan təmsilçisi avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i qəbul edəcək. Cavab görüşü isə avqustun 23-də Danimarka paytaxtındakı “Parken” stadionunda olacaq.

Həmin kateqoriyadan