- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qərar bizim üçün ağır oldu. Demək olar ki, hər həftə səfərdə oynayacağıq. Meydan seçmək üçün bizdən alternativləri soruşacaqlar, ancaq yekun qərarı UEFA özü verəcək”.
Allsport.az saytı xəbər verir ki, bu sözü qol.az-a “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. UEFA-nın Azərbaycanın işğal olunmuş qərb ərazilərində gərgin durumu nəzərə alaraq, “Qarabağ”ın ev oyunlarını bitərəf meydanda keçirilməsi ilə bağlı qərarına münasibət bildirən klub rəsmisi, rəqiblərini Türkiyədə qəbul etmək istədiklərini qeyd edib:
“Biz Türkiyədə oynamaq istəyirik. UEFA-ya da bunu bildirəcəyik. Hər halda bu gün açıqlanmalıdır ki, biz də işimizi bilək. Neytral meydan kimi 3 ölkə təklifi var: Macarıstan, Polşa və Kipr. Ancaq elə futbolçularımız var ki, Macarıstan və Polşaya getmək üçün vizaları yoxdur və üç gün ərzində bunu həll etmək real görünmür. Ev oyunlarımızın Türkiyədə olması üçün bütün səyləri göstərəcəyik. Ancaq nə dərəcədə alınacaq, bunu deyə bilmərəm. Bu gün qərar açıqlanmalıdır”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda “Vilyarreal”a (İspaniya) qarşı keçirməli idi. Hazırkı qərara əsasən Ağdam klubu “Sivasspor” (Türkiyə) və “Makkabi” (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir.