- Baxış sayı: 104
- 29 May 2026 23:47
- Baxış sayı: 119
- May 26, 2026
- 0

“Real Madrid” klubu yay transfer pəncərəsində heyətini gənc istedadlarla gücləndirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, “kral klubu”nun yay toplanışına üç gənc oyunçu – hücumameyilli yarımmüdafiəçi Niko Pas, hücumçular Viktor Munos və Endrik qoşulacaq.
Məlumata görə, qışda icarə əsasında “Lion”a yollanan 19 yaşlı Endrik geri dönəcək. Hazırda müvafiq olaraq “Komo” və “Osasuna”da çıxış edən 21 yaşlı Pas və 22 yaşlı Munosun müqavilələrindəki geri alma bəndindən istifadə ediləcəyi gözlənilir.