- Baxış sayı: 24
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damad” şirkətinin prezidentinin klubu himayədarlıq etməsi ilə bağlı xəbərə münasibət bildirib. Allsport.az saytının məlumatına görə, o, komandamızın “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsoru olmadığını deyib:
“Doğrudur, ötən illərdə “Damad” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb.
“Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsorumuz yoxdur”.