- Baxış sayı: 33
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Yəqin bir çox kişilər o fikirlə razıdırlar ki, qadın futbol komandalarının olmasına baxmayaraq, bu idman növü onlara uyğun deyil. Düzdür, bəzi istisnalar olmaqla. Elə nadir hadisə baş verir – qız futbol hakimləri adlana bilər, çünki fiziki göstəricilərdən əlavə, dəmir əsəblərə malikdirlər.
Allsport.az saytının məlumatına görə, bu gözəlçədən biri polşalı Karolina Boyardır. Qeyri-adi hobinin səbəbi babasının keçmiş peşəkar referi olmasıdır. Kiçik yaşlarından futbol matçlarına baxan qızçığaz sonradan bu işi davam etdirməyə qərar verib.
17 yaşında Carolina arbirtlik kurslarına gedib. Bir neçə ay sonra o, sınaq qarşısında qalıb və ilk matçda mübahisəli penalti verib. Qız 11-metrlik yeri göstərib, ancaq komandalardan birinin məşqçisi bu qərardan qəzəblənərək, onu açıq mətnlə təhqir edib.
Ötən il ən məşhur idman nəşrlərindən olan “San” Karolinanı “Ən gözəl hakim qız” adlandırıb. Boyar etiraf edir ki, oyunlarda tez-tez futbolçular ona özəl diqqət göstərir və sevgi təklif edirlər. Amma referinin ürəyində birisi var və işi ilə şəxsi həyatını aydın şəkildə fərqləndirir.