- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Ölkənin ən kütləvi futbol turniri olan “Məktəbli kuboku”nun titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan futbol federasiyaları assosiasiyasına müraciət edə bilər.
Allsport.az saytı xəbər verir ki, 2009-cu ildən etibarən keçirilən yarış ölkənin 76 şəhər və rayonundan olan 1700-dən artıq məktəbi əhatə edir.
Layihə məktəblilərin sosial və fiziki inkişafı, futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun inkişaf və ümumilikdə məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır.