Ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur

UEFA klub komandaların reytinqini yeniləyib. Allsport.az saytı xəbər verir ki, son 5 avrokubok mövsümünün nəticələrinə əsasən hazırlanan siyahıda Azərbaycandan 7 komanda yer alıb. Onların sırasında ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur.

Qurban Qurbanovun komandası 63-cü yer tutur. “Köhlən atlar”dan sonrakı pillələrdə “Başağşəhər” (Türkiyə), PAOK (Yunanıstan), “Vest Hem” (İngiltərə), “Lester” (İngiltərə), “Betis” (İspaniya) “Atletik” (İspaniya), BATE (Belarus) kimi komandalar var.

“Neftçi” 166-cı, “Keşlə” 288-ci, “Qəbələ” 305-ci, “Sumqayıt” 311-ci, “Səbail” 312-ci, “Zirə” 313-cü pillədədir. Reytinqə “Bavariya” (Almaniya) başçılıq edir. 

Ölkələrin UEFA sıralamasında isə Azərbaycan əvvəlkitək 26-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan