- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Bu gün “Sumqayıt” premyer liqanın 10-cu turunda səfərdə “Sabah”a məğlub oldu (1:3). Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaq komandanın baş məşqçisi Samir Abbasov bunu söylədi:
“Nəticə ürəkaçan olmasa da ən yaxşı oyunlarımızdan biri idi. Xüsusilə, ilk hissə əla oldu. Bunu saxlamalıyıq. Yeni gələnlər üçün çətindir. Belə çətin məqamlarda məsuliyyəti üzərlərinə götürməyi bilməlidilər. Top bəzən rəqibə daha çox keçirdi. Bu vaxtda da nə edəcəyimizi bilirdik. Məyus edən İsa Sulimanın zədəsidir. 4 gün sonra Sumqayıtda bu komanda ilə qarşılaşacağıq. Yaxşı oyun olacağını düşünürəm”.