- Baxış sayı: 22
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq premyer liqanın 19-cu turunun “Aston Villa” ilə qalibiyyət matçının fasiləsində soyunub-geyinmə otağında dediyi sözləri açıqlayıb:
“İlk hissəyə baxsanız, konsentrasiyanı itirdiyimiz anlar olduğunu görəcəksiniz. Düşünürəm ki, ilk hissədə yaxşı oynadıq və cəhd etməyə davam etdik. Fasilə zamanı komandaya dedim: “İnanmağa və etdiyiniz işə davam edin və daha çoxunu etməyə çalışın.” Getdikcə daha çox təzyiq göstərməli idik. Hesab 1:2 olanda da təzyiqi artıranda nə baş verdiyini gördünüz.
Oyundan əvvəl demişdim ki, “Arsenal” və “Liverpul”la bərabər səviyyədə oynayırıq ən yaxşı oyunumuzu nümayiş etdirəndə hər kəsə qalib gələ bilərik. İnanın, hətta 0:2 hesabı ilə uduzsaq belə, buna inanırdım”.