- Baxış sayı: 17
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 102
- Noyabr 19, 2024
- 0
Polşa “Legiya”sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli klubun azarkeşi ilə görüşüb.
Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.
Forvard “Yagelloniya”ya 1:0 hesabı ilə qalib gəldikləri XVI tur matçından sonra tərəfdara qısa dialoq yaşayıb. Fanat Əmrəliyə “Yaxşı oynadın, mənim dostum. “Legiya”nın tarixi qədimdir. Bu səbəbdən, daha yaxşı oynamağa çalışmalısan” deyib.
Azərbaycanlı futbolçu isə “Mən ən yaxşısını etməyə çalışıram” cavabını verib.
“Yagelloniya” ilə görüşdə qolun ötürməsini məhz Mahir Əmrəli verib.