- Baxış sayı: 42
- 02 Dekabr 2024 21:38
- Baxış sayı: 282
- Dekabr 02, 2024
- 0
Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi çərçivəsində 10-12 iyunda Azərbaycan mükafat yarışı keçiriləcək. Hər il oluduğu kimi, bu dəfə də avtomobilsevərlərin əsas diqqəti Bakıya yönələcək. Onlar paytaxtımızda növbəti həyacanı yaşamaq arzusundadırlar. Bəs qran-priyə hazırlı işləri necə gedir? Bu və digər suallara cavab almaq üçün Bakı şəhər halqası əməliyyat şirkətinin mətbuat katibi Turab Teymurovla görüşdük.
– 2022-ci ilin yarışı üçün hazırlıqlar tam sürətlə davam edir. BŞH olaraq çox həyəcanlıyıq. Son iki ildəki yarışları fərqli ab-havada keçiririk, çünki biz artıq Qarabağdakı torpaqları azad etmişik. Ümumilikdə, bizim əsas hədəfimiz qran-prini hər mövsüm daha yaxşı keçirmək, qalib ölkəmizin qalib paytaxtını bütün dünyaya gözəl formada nümayiş etdirməkdir. Bu il də qarşımıza belə məqsəd qoymuşuq. Biz media komandası olaraq, bunu jurnalitslərlə işimizdə və müxtəlif ölkədən gələn media qurumlarla edəcəyik. Bakı sakinləri də turistlərə qonaqpərvər davranaraq bunu edə bilərlər. Hər bir azərbaycanlı turistlərdən faydalana bilər. Onların iqtisadiyyatımıza xeyri var. Hər bir şəxs faydalana bilər dedikdə nəyi nəzərdə tuturam? Suvenir satan kiçik sahibkarlar, taksilər, muzeylər, mehmanxanalar turistlərdən faydalana bilərlər.
Hazırlıqlara gəldikdə, tikinti işləri aprelin 15-dən başlayıb. Daha doğrusu, montaj işləri. Tikinti işləri ilk ildə olmuşdu. Asfalt qatı döşənmişdi. İndi kiçik miqyaslı işlər görürük – beton blokları və tribunaları quraşdırırıq. Onları gecələr quraşdırırıq. Bunun səbəbi, həm tıxacların, həm də qəzanın qarşısını almaqdır. Çünki beton bloklar ağırdır və xırda səhv ciddi problemlərə səbəb ola bilər. Bizim üçün təhlükəsizlik birinci yerdədir. Montaj işləri yarışa bir neçə gün qalmış bitəcək. Beynəlxalq avtomobil federasiyası gəlib bizdən trası təhvil alacaq və baxış keçirəcək.
Öz hazırlığımıza gəldikdə isə, yarış üçün media mərkəzi artıq müəyyənləşdirilib. Artıq neçə ildir ki, bizim media mərkəzimiz “Hilton” mehmanxanasıdır. Bu il də jurnalistlər akkresitasiyalarını oradan əldə edəcəklər.
– FİA ilə müqavilə 2 ildən sonra bitir. Yeni anlaşma olacaqmı?
– Hal-hazırda bu barədə danışıqlar getmir. Müqavilənin uzadılması üçün danışıqlar müqavilənin bitməsinə yaxın olur. Ümid edirəm ki, olacaq.
– Azərbaycan yarışı F1 üçün bir novatr oldu. Ondan sonra BŞH-a oxşar Ciddə, Mayami kimi şəhər trasları təqvimə daxil oldu. Bu barədə nə deyə bilirsiniz?
– Bizim trasdakı yarışlar o qədər maraqlı keçir ki, hətta, keçən il Sinqapur yarışı ləğv olunanda bütün dünyada azarkeşlər istəyirdilər ki, onun yerinə Bakı təqvimə girsin. Sosial şəbəkələr üzərindən müşayət etdiyimiz kimi bizim trasımız tamaşaçıların böyük rəğabətini qazanıb. Avropa fanatları artıq neçə illər Azərbaycan qran prisinə xüsüsi azarkeşlik edillər. Dünya şöhrətli sürücü Lüis Həmilton bir müddət öncə öz müsahibələrinin birində özünəməxsüs tərzdə Bakı trası haqqında fikirlərini media ilə bölüşmüşdü. Pilotların ən çox ehtiyyat edtikləri 8, 9, 10–cü dönglər xüsüsi ilə qeyd olunmalıdır (7.6 metr ). Şarl Lekler, Serxio Peres, Robert Kubitsa bu döngələrdə qəza etmişdilər. Mövsümdə elə yarışlar var ki, start və finiş arasında o qədər də fərq müşayiət olumur. Ötüşmə başladığı nəticə ilə başa çatır. Bizim qran-primiz mövsümdə fərqlənir və hər il gözlənilməz qaliblər görürük. Formula-1-də Bakı sindromu formalaşıb. 5-il ərzində müxtəlif sürücülər fəxri kürsüyə yüksəliblər.
– Turab bəy, Azərbaycan qran-prisini digərlərindən fərqləndirən, həm də şou və konsertlər idi. Əyləncələrin olmaması azarkeş axınına mənfi təsir göstərə bilərmi?
– Biz daha əvvəl də demişdik ki, axşam konsertləri olmayacaq. Buna səbəb COVİD-19 pandemiyasıdır. Lakin azarkeşlər məyus olmasınlar. Onlar üçün Dəniz kənarı milli parkda müxtəlif rəngarəng əyləncələr olacaq. Hər şeyi maraqlı etməyə çalışacağıq. Hər kəsin zövqünə oxşayacaq. İnsanlar biletləri Bakı şəhər halqasının rəsmi saytından və müxtəlif satış yerlərindən əldə edə bilərlər.
Bundan başqa, azarkeşlər bizim yarış üçün darıxıblar. 2020-ci ildə yarış pandemiyaya görə olmadı, 2021-ci ildə azarkeşsiz keçirildi. Keçənilki ötüşmə o qədər maraqlı oldu ki, azarkeşlər buraya can atırlar. Hazırda Bakıda yarışa baxmaq istəyən top 3 ölkələr Azərbaycan, ABŞ və Britaniyadır. Top onluqda isə Danimarka, Norveç, Niderland, İspaniya və s.
Bundan başqa, Yeni Zellandiya vətəndaşı Formula-1 yarışını izləyəndən sonra, şəhərimizi bəyənmişdi və orada “Kafe Baku” adlı bir restoran açmışdı. Biz onu Azərbaycana dəvət etmişdik. Bütün dünyada insanlar paytaxtımızdakı yarışı sevirlər.
– Sizcə, yeni reqlamentlə trasımızdakı yarış daha maraqlı olacaqmı? 2017-ci ildən sonra növbəti dəfə Formula-1 Oskarı qazana bilərikmi?
– Bunun üçün hər şey var. Trasımızın quruluşu buna imkan verir. Yarış istənilən nəticəyə açıqdır. Ümumilikdə bizim yarışmüxtəlif sorğularda həmişə mövsümün top 5-də olur. Keçən il Bakı yarışı ABŞ-dakı izləyicilər tərəfindən ən çox izlənilən yarış oldu. Bizim trasda uzun düzlüklər, geniş və dar döngələr var. Buna görə də hər şey mümkündür. Görək nə olur.
Söhbətləşdi: Aynur MEHDİYEVA