- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa liqasının “C” qrupunda İngiltərə “Arsenal”ı ilə görüşdən (0:3) sonra KİV-lə görüşdü. Allsport.az saytı xəbər verir ki, klub rəsmisi oyundan çox razı qaldığını dedi:
““Qarabağ” Azərbaycan adına layiqli bir oyun göstərdi. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Yaxşı pressinq tətbiq etdik. Düşünürəm ki, bu axşam komandamız “Arsenal” fanatlarının da könlünü fəth etdə. Uduzsaq belə, “Qarabağ”ın adını İngiltərəyə, bütün dünyaya eşitdirdik. Bu möhtəşəm stadionda dünya nəhənglərini qəbul edirik. Bu, özlüyündə böyük bir nailiyyətdir.
Bizim büdcəmiz ülə də yüksək deyil. Hədəfimiz bütün güclü komandalara qalib gəlmək deyil, eyni zamanda, Azərbaycan ruhunu, Qarabağın adını dünyaya çatdırmaqdır. İnandırım sizi, bizi alqışlayırlar. İtaliyanın “İnter” klubu ilə oyunda bizə qarşı olan haqsızlığa hətta İtaliya mediası biganə qalmadı. Onlar da bizə haqsızlıq edildiyini düşünürdülər. Düzgün yoldayıq, yolumuza bu cür davam edəcəyik”.