- Baxış sayı: 19
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 800
- Mart 30, 2026
- 0

“Sivasspor” qitə liqasının “İ” qrupunda ilk turda İspaniyada “Vilyarreal”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Rza Çalımbəy əsas rəqiblərinin “Qarabağ” və “Makkabi” olduğunu söyləyib:
“Vilyarreal” güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq. Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq.
Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ “Qarabağ” və “Makkabi” ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik”.